Dünən səhər saatlarında, təxminən 07-00 da Şirvan şəhərində 68 yaşlı piyadanı maşın vurub. SİA-nın Aran bürosuna açıqlama verən Şirvan Polis Şöbəsinin müstəntiqi Şaiq Məmmədovun sözlərinə görə, şəhərin 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətinə hərəkət edən sürücü, 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Babayev Ramil Dünyamin oğlu idarə etdiyi VAZ 2103 markalı 10 KS 641 dövlət nömrə nişanlı avtomobillə yolun hərəkət hissəsində sağdan sola keçmək istəyən piyada 1943-ci il təvəllüdli Şirvan şəhər sakini Ağayeva Tamara Məmməd qızını vurub.
Nəticədə 63 yaşlı piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanıb.