“Rayo Valyekano”nun futbolçuları məşqə çıxmaqdan imtina ediblər

19 May 2020 20:15 (UTC+04:00)

İspaniyada klublara mayın 18-dən kollektiv məşqlərə icazə verilsə də, “Rayo Valyekano”nun futbolçuları hazırlıqdan imtina edib.

SİA xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. İki aydır maaşlarını ala bilməyən Sequnda təmsilçisinin futbolçuları və məşqçiləri klub rəhbərliyi ilə danışmağa çalışsalar da, buna nail ola bilməyiblər. Komanda bu səbəbdən məşqlərə çıxmaq istəmir.