"Beşiktaş"da futbolçular, məşqçilər və işçilər növbəti dəfə koronavirus testindən keçiblər.
SİA klubun saytına istinadən xəbər verir ki, bütün testlərin nəticəsini neqativ çıxıb.Daha öncə koronavirusa yoluxanlarda da bu dəfə pandemiya aşkarlanmayıb.
Qeyd edək ki, koronavirusa yoluxan klubun prezidenti Ahmet Nur Çebinin isə testinin cavabı hələ açıqlanmayıb.