Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavininin köməkçisini qəbul edib

26 Aprel 2011 01:15 (UTC+04:00)

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau aprelin 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.