Ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar açıqlanacaq
19 May 2020 15:37 (UTC+04:00)
Ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar açıqlanacaq. SİA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq "Ətraf mühitə dair informasiya almaq haqqında" qanunda nəzərdə tutulmuş dəyişiklikdə öz əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumat qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.