Lesotonun Baş Naziri istefa verdiyini açıqlayıb

19 May 2020 08:15 (UTC+04:00)

Keçmiş həyat yoldaşının qətlində şübhəli bilinən Lesotonun Baş Naziri Tomas Tabane istefa verdiyini açıqlayıb.

SİA xəbər verir ki, Afrikanın cənubunda yerləşən Lesoto Krallığının parlamenti mayın 22-də hökumətin yeni başçısını seçmək üçün fövqəladə iclas keçirəcək.

Lesoto konstitusiyalı monarxiyadır və bu ölkənin Kralı parlamentdə çoxluq təşkil edən partiyanın namizədini Baş Nazir təyin edir. Tomas Tabane 2017-ci ildən hökumətə rəhbərlik edib və hazırda əleyhinə qaldırılan cinayət işi səbəbindən istefa verməyə məcbur olub.