Son vaxtlar İrandan başqa dövlətlərə pul köçürmələri artıb. SİA-nın məlumatına görə, Londonda ərəb dilində çıxan "Şark ül Evsat" qəzeti İrandan böyük miqdarda pul axının olduğunu yazıb. Xəbərdə deyilir ki, zənginlər rejimin devrilməsindən qorxurlar.
Qəzet yazır ki, Orta Şərqdəki problemlər böyük strateji dəyişikliklər gətirir. Bəzi böhranların bir-birləri ilə əlaqəli olmasının da diqqət çəkici olduğu deyilir. Belə ki, Suriyadakı etiraz nümayişlərindən sonra bir çox iranlı lider domino təsiri narahatlığı keçirir. Buna görə də İran rəhbərliyi hadisələri nəzarət altına almaq üçün cəhd göstərir.
İran prezidenti Mahmud Əhmedinecad son prezident seçkisini qazandıqdan sonra etiraz nümayişlərini yatırmağı bacarsa da Orta Şərqdəki hadisələr rejimdə qorxu yaradıb. Çoxlu sayda mühafizəkar lider rejimin çökməsindən qorxduğu və ərəb dünyasındakı etiraz dalğasının İrana keçə biləcəyini düşündüyü üçün son günlərdə İrandan milyonlarla dollar qaçırıb. Bu hadisələr keçmişdən daha sərt daxili qarışıqlıqlara apara, təhlükəsizlik gücləri idarəetməni itirə və rejimin devrilməsinə səbəb ola bilər.
Türkiyəyə 180 milyon dollar
İran xalqının təzyiqi qarşısında İran rəhbərliyinin narahatlığı getdikcə artır. Tunis və Misir xalqı onilliklərdir ki, sərhədsiz nüfuz qazanan rejimləri devirməyə nail oldu. İrandakı dərin narahatlıq İranın ali dini rəhbəri Ayətullah Əli Xameneiyə yaxın dövlət məmurlarını pullarını Türkiyə, Pakistan, Türkmənistan və Cənub Asiyaya (İndoneziya və Malayziya) qaçırmağa məcbur edib. İranlı mühafizəkarlara yaxın maliyyə mənbələrinə görə, üç türk bankına "Sibah" bankından 180 milyon dollar köçürülüb. Bu mənbələr iranlı səlahiyyətlilərin "Mileli" və "Sadırat" banklarındakı hesablarından İndoneziya və Malayziyadakı iki banka 220 milyon dollar köçürüldüyünü söyləyib. İrandan qaçırılan pullar İran Mərkəzi Bankı kimi iri maliyyə təşkilatlarında yüksək mövqe tutan, eləcədə ali dini rəhbərə yaxın səlahiyyətlilərin şəxsi sərvətləridir. Bu təşkilatların arasında Müharibə Qurbanları Təşkilatı, Şəhidlər Təşkilatı və İmam Xomeyni Yardım Təşkilatı kimi təşkilatlar var. Etibarlı mənbələr bu təşkilat rəhbərlərinin pullarını İrandan qaçırdıqlarını təsdiq edirlər.
Təriqətçilik silahı
Tunis və Misirdəki böhranların başlayandan İran rəhbərliyi şərtləri öz lehinə istifadə etməyə çalışır. Bəhreyndəki milli tələblər hərəkatını İranın təriqət müdaxiləsi olaraq görmək mümkündür. İran bölgədəki mövcud şərtləri dəyişmək istəyir. Tehran Bəhreyn və Küveytdəki hadisələri təşviq etmək üçün bütün nüfuzundan istifadə etməyə səy göstərir. İran Səudiyyə Ərəbistanının bitərəf qalması üçün həyata keçirə biləcəyi yollar axtarır. Hədəfi isə körfəz bölgəsindəki hadisələri qızışdırmaqdır. İran hesab edir ki, planını həyata keçirə bilsə belə bir mənzərə alınacaq: ABŞ və Səudiyyə Ərəbistanı İran şərtlərinə uyğun həll variantına razı olmağa məcbur qalacaq və ya ABŞ-Səudiyyə Ərəbistan əlaqələri pozulacaq, Vaşinqtonu İraqdan çəkilmə öncəsi qarışıqlığa son vermək üçün Tehranla görüşməyə səy göstərəcək. Bu əslində baş verməyəcək. Çünki İranın Bəhreyn və Küveytə müdaxiləsi səbəbi ilə Körfəz Əməkdaşlıq Şurası ölkələrində özünə qarşı təmkinli yanaşmanı dərinləşdirdi.
İranın başı qarışıqdır
Bölgədə proseslər heç də İranın istədiyi kimi getmir. Rejim zamanla yarışır, iranlı səlahiyyətlilər pullarını xaricə qaçırır. İranın Livan və Qəzzadakı müttəfiqləri, Hizbullah və Həmas çox şey itirib. Qəzzaya İsrail hərbi müdaxiləsi İranla ola biləcək yaxınlaşma qapısını açan Misirdəki yeni hərbi rejimə təzyiqləri artıracaq. Suriya rejimi özü üçün qurduğu planları həyata keçirir. Keçən aylar ərəb sürprizləri gətirdisə, gələcək bir neçə ay da bölgədə ərəb olmayan sürprizlər ola bilər.