COVİD-19 xəstələrinin sayı 5 milyona yaxınlaşır DÜNYADA

18 May 2020 09:30 (UTC+04:00)

Dünyada yeni növ koronavirusa yoluxan xəstələrin sayı 4.7 milyona yüksəlib. SİA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Chons Homkins Universitetinin məlumatında qeyd olunur .

Son rəqəmlərə görə, dünyada virusdan əziyyət çəkənlərin sayı 4 milyon 702 min 603 nəfərə çatıb, 1.7 nəfər isə xəstəlikdən sağalıb. Dünyada COVİD-19-dan ölənlərin sayının 314 min 476 nəfər olduğu bildirilir.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də yeni növ koronavirusu dünyada pandemiya elan edib.