Kanadanın Səhiyyə Nazirliyi COVİD-19-a qarşı peyvəndin ilk sınağının keçirəcək

17 May 2020 08:17 (UTC+04:00)

Kanadanın Səhiyyə Nazirliyi yeni növ koronavirusa qarşı peyvəndin ilk sınağının keçirilməsinə razılıq verib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Castin Trüdo xalqa etdiyi gündəlik çıxışı zamanı deyib.

“Kanada Səhiyyə Nazirliyi ölkə ərazisində koronavirusa qarşı potensial peyvəndin ilk sınağının keçirilməsini təsdiqləyib”, - Baş Nazir belə yib.

Onun sözlərinə görə, testlər Dolhauzi Universitetinin Vaksinologiya mərkəzində keçiriləcək: “Əgər onlar uğurlu olarsa, onda peyvəndi ölkəmizdə istehsal edib paylayacağıq”.

Qeyd edək ki, Kanadada son sutka ərzində 1251 nəfərdə COVID-19-a yoluxma təsdiqlənib, indiyədək 75 864 nəfər bu virusa yoluxub. Bu müddətdə daha 117 nəfər koronavirusa yoluxma nəticəsində ölüb ki, bununla da eyni diaqnozdan ölənlərin sayı 5679-a çatıb. ÜMumilikdə 37 819 nəfər isə sağalıb.