Azərbaycan Premyer Liqasının XXVIII turuna yekun vurulub

25 Aprel 2011 19:48 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının XXVIII turuna yekun vurulub. Siasport.az saytı xəbər verir ki, turun son oyun günündə üç qarşılaşma baş tutub.
Əvvəlcə meydana ikinci "altılığ"ın komandaları çıxıb. "Qəbələ" MOİK-i, "Gəncə" isə "Turan"ı qəbul edib.
"Qəbələ" - MOİK oyununda 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və komandalar hərəyə bir xal qazanıb. "Gəncə" - "Turan" qarşılaşmasında isə meydan sahibləri tək qolla qələbəni bayram edib. "Gəncə"nin yeganə qoluna Sabir Allahquliyev imza atıb.
İlk "altılıq" çərçivəsində isə "Qarabağ" "İnter"i qəbul edib. İlk yarıda hesab açılmayıb. Matçın taleyini penaltidən vurulan qol həll edib. Belə ki, qarşılaşmanın 74-cü dəqiqəsində Rəşad Sadiqova qarşı kobudluğu matçın baş hakimi Rail Diniyev penalti kimi dəyərləndirib. Topa yaxınlaşan Georgi Adamiya dəqiq zərbə ilə "Qarabağ"a qələbə qazandırıb.

Premyer Liqa
Final Mərhələsi
XXVIII tur, 24 aprel

"Qəbələ" - MOİK 0:0
Hakimlər: Fuad Həsənov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Rüfət Hüseynov
Qəbələ şəhər stadionu

"Gəncə" - "Turan" 1:0
Qol: Sabir Allahquliyev, 62.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Zeynal Zeynalov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Gəncə şəhər stadionu

"Qarabağ" - "İnter" 1:0
Qol: George Adamiya, 76-pen.
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, Rza Məmmədov, Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asif Namazov.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu