600 mindən çox istifadəçi ən reytinqli virtual müştəri xidməti aləti “Mənim Bakcellim”i seçir

15 May 2020 16:36 (UTC+04:00)

600 mindən çox aktiv istifadəçisi olan “Mənim Bakcellim” ölkənin mobil operatorları tərəfindən təqdim olunan tətbiqetmələr arasında ən çox seçilən proqramdır.

Bu aplikasiya 600 min dəfədən çox yüklənilməklə Azərbaycanın telekom tətbiqetmələri arasında ən yüksək reytinqi qazanıb. Bundan əlavə, “Mənim Bakcellim” ümumi reytinqlərdə də yüksək nəticə göstərərək Azərbaycanın ən populyar pulsuz tətbiqetmələri sırasında yer alıb. Həmçinin, istifadəçilərin 83 faizi bu tətbiqetməyə 5+ reytinqini verib.

Abunəçiləri ən üstün müştəri təcrübəsi ilə təmin etmək məqsədilə iki il bundan əvvəl istifadəyə verilmiş bu virtual müştəri xidmətləri aləti məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur. “Mənim Bakcellim”dən tamamilə pulsuz istifadə edən abunəçilər eyni zamanda balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları asanlıqla əldə edə bilirlər. Bundan əlavə, “Mənim Bakcellim” istifadəçiləri zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Həmçinin, Bakcell xidmətlərinə aid suallara tez bir zamanda cavab almaq üçün onlayn çat funksiyası vasitəsilə Bakcell əməkdaşları ilə əlaqə saxlamaq mümkündür.

“Bakcell öz abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün böyük işlər görür. Biz “Mənim Bakcellim”i bazarda ən seçilən və ən yüksək reytinqlərə malik olan aplikasiya kimi görməkdən çox məmnunuq. “Ookla” tərəfindən dəfələrlə ən üstün və ən sürətli mobil şəbəkə olaraq tanınan Bakcell şəbəkəsi vasitəsilə abunəçilərimizə yüksək keyfiyyətli xidmət göstərmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.

“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından pulsuz yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər