"Koronavirusun yüngül formadan ağıra keçidi sürətlə formalaşır" MÜTƏXƏSSİS RƏYİ

14 May 2020 10:28 (UTC+04:00)

“COVİD-19 xəstələrinin vəziyyəti tez bir zamanda ağırlaşa bilir. Hətta xəstəlik yüngül formada başlasa belə, qısa zaman kəsiyində inkişaf edərək ən ağır dərəcəyə çatır”. SİA-nın xəbərinə görə, bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis, Rusiya Mərkəzi Klinik Xəstəxanasının Yoluxucu Xəstəliklər Mərkəzinin müdiri Georgi Sapronov açıqlayıb.

O bildirib ki, xəstəliyin yüngül formadan ağıra keçidi sürətlə formalaşır: “Əgər səhər xəstə özünü yaxşı hiss edirsə, onun axşam reanimasiya şöbəsində ən ağır xəstə olacağı şübhə doğurmur”.

Onun sözlərinə görə, lakin belə vəziyyətə bütün həkimlər hazır deyil: “ Xəstəliyin sürəti tibb işçilərini də çaşdıra bilir. Bu baxımdan həkimlərin xəstələri daim nəzarətdə saxlaması, COVİD-19-un irəliləmə sürətini izləməsi çox vacibdir”.