Aparıcı Zümrüd Bədəlovanın qardaşı, bəstəkar Zülfü Bədəlov nişanlısından ayrılıb. SİA-nın məlumatına görə, Zülfü müğənni Aydan İbrahimli ilə ailə qurmağa hazırlaşırdı. Cütlüyün nişanı ötən ilin dekabrında olmuşdu.

Ayrılma xəbərini Aydan özü də təsdiqləyib. O bildirib ki, nişanı özü qaytarıb: "Heç kim xoş günündən uzaqlaşmaz. Kənardan baxana döyüş meydanı asan gəlir. Hər gördüyünüz görünən kimi deyil. Ziyanın yarısından qayıtmaq da xeyirdir".
