"Real"ın sabiq futbolçusu Edvin Konqo İspaniya polisi tərəfindən saxlanılıb.
SİA xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu narkotika alveri ilə məşğul olmaqda şübhəli bilinir.
Polis əməliyyat zamanı 10 nəfəri yaxalayıb ki, onlardan biri də Konqodur. Şübhəli şəxslər hazırda nəzarətdədirlər. Yerli polis saxlanılanların kokain alverində iştirakını araşdırır.