İran alimləri koronavirusu 30 saniyə ərzində müəyyən edə bilən test-sistem yaradıblar

13 May 2020 04:11 (UTC+04:00)

İran alimləri koronavirusu 30 saniyə ərzində müəyyən edə bilən test-sistem yaradıblar.

SİA xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilir ki, sistem nanomateriallardan istifadə yolu ilə hazırlanıb. Agentliyin məlumatına görə, yeni test-sistem koronavirusa yoluxmanı hətta xəstəliyin başlanğıc mərhələsində də 95% müəyyən etməyə qadirdir. Bununla belə, test-sistem hələ də sertifikasiyadan keçməyib.