Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol turnirində qrup mərhələsinə yekun vuruldu

23 Aprel 2011 02:52 (UTC+04:00)

Bu gün "Səs", "Yeni Azərbaycan" və "İki Sahil" qəzetlərinin təşkilatçılığı və "Azərfon" MMC-nin maliyyə dəstəyi ilə keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş media nümayəndələrindən ibarət komandalar arasında voleybol turnirinin qrup mərhələsinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, son turda "İki Sahil" qəzetinin komandası "Bakı Xəbər" qəzetinin komandasını, AzərTAc "Paritet" qəzetinin komandasını, "Yeni Azərbaycan" qəzeti "Xalq Cəbhəsi" qəzetinin heyətini, "Xalq" qəzeti Lider TV-ni, "Səs" qəzeti "Azərbaycan müəllimi" qəzetinin komandasını, "Mövqe" qəzeti "Palitra" qəzetinin komandasını, "Kaspi" qəzeti isə ATV-ni məğlub edib. "Səs" İnformasiya Agentliyinin (SİA) komandası isə İTV ilə qarşılaşıb. Gərgin keçən matçda "səs"çilər qələbə qazanıblar. SİA rəqibi 2:0 hesabı ilə məğlub edib.

Son turun nəticələrini nəzərinizə çatdırırıq:

"İki Sahil" - "Bakı Xəbər" 2:0
AzərTAc - "Paritet" 2:0
"Yeni Azərbaycan" - "Xalq cəbhəsi" 2:0
"Xalq" - Lider TV 2:0
"Səs" - "Azərbaycan müəllimi" 2:0
"Mövqe" - "Palitra" 2:0
SİA + "Səs" TV - İTV 2:0
"Kaspi" - ATV 2:0

¼ final mərhələsinə vəsiqə qazanan komandalar

A qrupu
1. AzərTAc
2. "İki Sahil" qəzeti

B qrupu
1. "Xalq" qəzeti
2. "Yeni Azərbaycan" qəzeti

C qrupu
1. SİA+"Səs" TV
2. İTV

D qrupu
1. "Mövqe" qəzeti
2. "Səs" qəzeti

¼ finalda qarşılaşacaq cütlüklər
25 aprel

Saat 16:00 AzərTAc – "Səs" qəzeti
Saat 16:40 "İki Sahil" qəzeti - "Mövqe" qəzeti
Saat 17:20 "Xalq" qəzeti – İTV
Saat 18:00 SİA+Səs TV - "Yeni Azərbaycan" qəzeti