Elza indi də özünü məbədə oxşadıb, ayağını qaldırdı FOTOLAR + VİDEO

12 May 2020 11:26 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahan aparıcı Zaur Kamalın verilişində qonaq olub. SİA-nın məlumatına görə, o, proqramdan sonra onunla birgə verilişdə iştirak edən məşhurlarla şəkillər çəkdirib.

O, fotolarda bu dəfə təkcə ekstravaqant geyimi ilə deyil, həm də duruşu ilə diqqət çəkib. Qeyri-adi saç düzümü etdirən sənətçi şəkil çəkdirərkən də bir ayağını və qolunu qaldırıb.

Onun sosial şəbəkədə saç düzümü ilə bağlı verdiyi açıqlaması yayılıb. Elza görüntülərdə bu sözləri deyib: “Saçımın mənası uğur məbədi deməkdir. Tez-tez verilişlərdə iştirak edib, xalqımızla görüşdüyüm üçün çalışıram ki, hər zaman gözəl görünüm. Ona görə də bu gün imicimlə fərqli görünməyə çalışdım. İnanıram ki, tamaşaçılar saç düzümümü bəyənəcəklər”.