Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib.
SİA FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.
Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.
Əlavə məlumat veriləcək.