Xorvatiya millisinin sabiq futbolçusu Oqnen Vukoyeviç sərbəst buraxılıb.
SİA xəbər verir ki, 37 yaşlı keçmiş yarımmüdafiəçi bir neçə gün nəzarətdə saxlanıldıqdan sonra azadlığa çıxıb.
Onun dəmir barmaqlıqlar arasına düşməsinə səbəb sərxoş vəziyyətdə həyat yoldaşını və qohumlarını təhdid etməsi olub. Yerli prokurorluq hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, Vukoyeviç mayın 7-də sərxoş vəziyyətdə olarkən axşam saatlarında arvadını qorxudub: "Onun üzərinə qışqırıb, həmçinin qohumlarını təhdid edib. Zərərçəkən polisə zəng etmək istəyəndə əlindən telefonu alaraq onu itələyib. Şübhəli şəxsin bu davranışı həyat yoldaşına qorxu hissi yaradıb".