Berlinin mərkəzində, Brandenburq qapısında 4 dildə "Çox sağ ol" sözü proyeksiya olunub

9 May 2020 23:12 (UTC+04:00)

Berlinin mərkəzində, Brandenburq qapısında "Spasibo", "Thank you", "Merci" və "Danke" sözləri görünməyə başlayıb.

SİA xəbər verir ki, bu rəmzi aksiya Avropada İkinci Dünya müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunub.

Aksiya təşkilatçılarının bəyanatına görə, bu proyeksiya Almaniya paytaxtına Avropa qitəsinin nasional-sosializmdən azad edilməsinə görə öz minnətdarlığını ifadə etməsinə imkan verib.