"Səni mənə yazan Allahıma şükürlər olsun" FOTOLAR

9 May 2020 15:15 (UTC+04:00)

Bu gün aparıcı Lalə Azərtaş üçün özəl gündür. SİA-nın məlumatına görə, onun qızı Gülarənin doğum günüdür. Bu haqda Lalənin özü xəbər verib. Belə ki, o, övladı ilə olan şəkillərini sosial şəbəkədə yayımlayaraq təbrik edib: "İlk sevgim, arzu və ümidim gül balam, Gülarə qızım, doğum günün mübarək. Səni mənə yazan Allahıma sonsuz şükürlər olsun. İndi bircə arzum var. Allahım sənə və bütün balalarımıza ən gözəl bəxti yazsın. Sağlam, xoşbəxt və Vətənimizə layiq övlad ol".