İqdır Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

22 Aprel 2011 22:37 (UTC+04:00)

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) dəvəti ilə Türkiyədə fəaliyyət göstərən İqdır Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy başda olmaqla nümayəndə heyəti Azərbaycanda səfərdədir. BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hər iki təşkilat qondarma "erməni soyqırımı", Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Türk dünyasına qarşı ermənilərin zaman-zaman apardıqları təxribatlarla mübarizə istiqamətində beynəlxalq aləmdə birgə fəaliyyətlər həyata keçirməkdədir.

Məlum olduğu kimi hər il aprelin 24-ü ermənilər qondarma "erməni soyqırımı" iddiası ilə çıxış edirlər. Bu məqsədlə 23 aprel 2011-ci il tarixdə saat 11:00-da Xocalı abidəsinin önünə toplaşaraq şəhidlərimiz yad ediləcək və qondarma "erməni soyqırımı"-na qarşı bəyanat səsləndiriləcək. Türkiyədən qonaq olan təşkilatın sədri tərəfindən soyqırım qurbanlarının xatirəsinə Xocalı abidəsinin önünə əklil qoyulacaqdır.