AXCP-dən AXCP-yə sərt ittiham XAİN!

8 May 2020 15:36 (UTC+04:00)

Razi Nurullayev: “Əli Kərimli ən sadiq insanları xəyanətkar adlandırdı, amma özünün xəyanətkar olduğunu unutdu, özünün səriştəsizliyi və yalanları ilə bütöv bir müxalifət cərgəsini dağıtdı”

Artıq bir neçə ildir ki, Əli Kərimlinin sədrlik etdiyi AXCP sıralarını tərk edən və alternativ AXCP yaradan, eləcə də partiyanın əsas möhür-ştampına iddialı olan Razi Nurullayev qarşı tərəfin ifşasını aparmaqda davam edir. Əslində, R.Nurullayevə qədər Ə.Kərimlini rədd edən digər sabiq cəbhəçilər də demək olar ki, eyni motivdən çıxış edərək onun yaramaz əməllərini, riyakarlıqlarını, şəxsi mənfəətlərinə görə insanlara böhtan və şər atmasını, təhqir elementləri vasitəsi ilə müəyyən qruplar tərəfindən hücumlar etdirməsi faktlarını ictimai rəyin diqqətinə çatdırıblar. Yəni bütün faktlar danılmazdır və əlbəttə ki, Ə.Kərimli onları nə qədər inkar etsə belə, həmin faktlar elə fakt olaraq da qalmaqdadır. Məhz bu baxımdan, R.Nurullayevin Ə.Kərimlinin ölkədə aparılan çoxşaxəli islahatlara qarşı açıq-aşkar anti-xalq, düşmənçilik mövqeyindən yanaşmasına qarşı irəli sürdüyü fikirləri kifayət qədər maraq doğurmaqdadır.

"Mən neçə illər Əli Kərimlinin yanında oldum, ümid etdim ki, o dediyi kimi, tez bir zamanda hakimiyyətə gələcək və ölkə “süd gölü”ndə üzəcək"

Alternativ AXCP-nin sədri təəssüflə xatırlayır ki, o və onun kimi digər cəbhəçilər uzun illər Ə.Kərimlinin yalanlarına inanmaqla həyatlarının mühüm qisimlərini boş yerə xərcləyiblər, onun sərsəm, utopik vədlərinin qurbanı olublar. SİTAT: “Bizim müxalifət cərgəmizdə də uzun müddət etibar etdiklərimiz, inandıqlarımız, şüurlu ömrümüzü sərf etdiklərimiz də etibarsız çıxıb, illərlə etdiyimiz xidmətə bir qara qəpik qədər dəyər verməyiblər. Mən neçə illər Əli Kərimlinin yanında oldum, ümid etdim ki, o dediyi kimi, tez bir zamanda hakimiyyətə gələcək və ölkə “süd gölü”ndə üzəcək. Bilməliydim ki, belə bacarıqlı idisə AXC hakimiyyətini saxlayardı. O nə etdi? Ən sadiq insanları xəyanətkar adlandırdı, amma özünün xəyanətkar olduğunu unutdu, özünün səriştəsizliyi və yalanları ilə bütöv bir müxalifət cərgəsini dağıtdı”.

Əslində, R.Nurullayev ziyanın yarısından qayıtmasının fərqinə varır və bu addımın da səmərəli olduğuna işarə edərək, bu gün Ə.Kərimlinin yanında var-gəl edən “aldadılmış kəvakiblərin” necə deyərlər “gözlərini açmağa” dəvət edir. Çünki fakt budur ki, “Yurd” şefi ilk növbədə “liderim” dediyi mərhum Əbülfəz Elçibəyə olmazın xəyanətlər edərək, demək olar ki, AXCP-ni qəsb edib. Bunun ardınca isə, həqiqi elçibəyçiləri oradan müxtəlif iyrənc əməlləri vasitəsi ilə uzaqlaşdırıb.

“İndi aparılan islahatlara dəstək zamanıdır!”

Aıternativ AXCP-nin sədri bu gün Ə.Kərimlinin dövlətçilik maraqlarına qarşı da əsl düşmənçilik etdiyini bildirir və onun xainliyini, satqınlığını açıq ifadələrlə təsdiq edir. Çünki Kərimlinin “siyasəti” uzaq başı çayxana masalarından, küçə təfəkküründən o tərəfə inkişaf etməyib. Ona görə də, müxtəlif dialoq mühitlərindən qaçır, buna gedənləri idə “xəyanətkar” adlandırır. Ancaq əslində gerçək xain islahatlara qarşı ermənçilik mövqeyi sərgiləyən Ə.Kərimli və onun yan-yörəsidir.

“İndi aparılan islahatlara dəstək zamanıdır!”, deyə ölkədə gedən uğurlara dəstək göstərdiyini ifadə edən R.Nurullayevə görə, artıq bu gün arzuladıqları zaman və şərait gəlib: “Prezident Azərbaycanı vətəndaşların görmək istədiyi tərzdə dəyişmək və inkişaf etdirmək yolunu tutub və ona dəstək olmamaq dövlətçiyinin əleyhinə olmaqdır. Heydər Əliyevin hakimiyyəti illərində indi də meydanda olan o zamankı müxalifətin mənasız dirənişi, dialoqdan imtinası və özlərini çəkib dağ başına qoyması bizi 25 il geri salıb”.

"Dəyişən Azərbaycanla dəyişmək istəyənlərin yoluna təkər fırlatmaq pis siyasətdir!”

Alrenativ AXCP-nin sədri ittihamlarını özünəməxsus tərzdə davam etdirməklə Ə.Kərimlinin 20 il onların başlarına hansı oyunları açmasını xatırladaraq, necə məşəqqətli günlər yaşadığını da deyib və qarşı tərəfin ittiham etdiyi şəxslərin adından bildirib ki, “Yurd” şefi ömrünü bu xalq yolunda sərf edənlərin, məşəqqətlər yaşayanların yenə də zülm içində qalmasını, 20 ildir bir kostyumda gəzən və onun yalanlarına inanıb mütiyə çevirdiyi insanların ömürlərini bu şəkildə başa vurmasını istəyir

“Neft ucuzlaşacaq və bu hakimiyyət gedəcək” kimi yalanlarınla yenə də o fədakar və avam adamları aldatmaqmı? Papiros tüstüsü ilə dolu kirli çayxanalarda ac-acına axşama kimi çay içib mədəsini xarab edib bu gün də həkimlərin qapısında gözləyib çarə tapa bilməyən sirdaşlarının ölməsimi?”, deyə sual edən R.Nurullayev bir daha qeyd edib ki, Ə.Kərimlinin oyunbazlığı nə siyasi mübarizə, nə də siyasi dirənişdir, bu sadəcə siyasi klounada mənzərəsidir: “Bu siyasi mübarizə deyil, mənasız dirənişdir! Dəyişən Azərbaycanla dəyişmək istəyənlərin yoluna təkər fırlatmaq pis siyasətdir!”

Rövşən NURƏDDİNOĞLU