Spiker: "Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib"

8 May 2020 11:16 (UTC+04:00)

"May ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 97 ili tamam olacaq. Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəlində ulu öndərin hakimiyyətə hər iki gəlişi zamanı Heydər Əliyev ona bəslənən ümidləri doğruldub: "Onun başladığı bütün işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir. Prezident İlham Əliyev ölkəmizi bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevirib”.