Ukraynanın “VIP qrup” qrupu Azərbaycana gəlir
22 Aprel 2011 20:05 (UTC+04:00)
Məşhur müğənni Rəhim Rəhimli "Oyna, dostum" adlı əyləncəli tədbir keçirir. SİA-ya danışan müğənnin sözlərinə görə, mərasimdə onunla birgə Ukraynanın "VIP qrup" qrupu da səhnəyə çıxacaq. Rəhimlə ukraynalıların duet oxuyacaqları tədbirin ən maraqlı yönlərindən biri qonaqların fərqli geyimlərinin olmasıdır.
Mərasim mayın biri 20:00-da "Baku Karting"də keçiriləcək.
Rəhim bildirib ki, mərasimə qatılan qonaqların əynində ağ çalarlar olmasa, qapıdan buraxılmayacaqlar.