“Bakının qızları” mahnısının ifaçısı vəfat etdi VİDEO

7 May 2020 13:06 (UTC+04:00)

“Bakının qızları” mahnısı ilə məşhurlaşan estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu haqda sənətçinin yaxınları xəbər yayıb.

Qeyd edək ki, C.Əliyev Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.