Sumqayıtda "Hyundai" yanıb

7 May 2020 12:17 (UTC+04:00)

Sumqayıt şəhərində "Hyundai" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.