64-cü Kann Festivalının jürisinə daxil olacaq sənətçilərin adları məlum olub

22 Aprel 2011 11:29 (UTC+04:00)
64-cü Kann Festivalının jürisinə daxil olacaq sənətçilərin adları məlum olub. Jüriyə başçılıq edəcək Robert de Niro hər gün filmlərə səkkiz sənət yoldaşı ilə birgə baxacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, jüri siyahıs aşağıdakı kimidir:

-Martina Qusman – aktrisa və produser (Argentina); -Nansun Şi – prodüser, rejissor Hark Tsuinin həyat yoldaşı (Çin); -Lin Uilman – produser, kinotənqidçi, yazıçı (Norveç); -Uma Turman – aktrisa, produser, ssenarist (ABŞ); -Olivye Assayas – rejissor (Fransa); -Cud Loy – aktyor (İngiltərə); -Mahamat-Saleh Harun – rejissor, ssenarist (Çad); -Conni To – rejissor, produser (Çin/Honq Konq);

Keçən il festivalda iştirak edən iki sənətçi bu il festavala jüriyə daxil olublar.

Bunlar Mahamat-Salrh Harun və Olivye Assayasdır.

Keçən il Mahamat-Saleh Harun "Qışqıran adam" filminə görə jüri mükafatına sahib olub. Assayasın beş saatlıq "Karlos" filmi isə "Xüsusi baxış" kateqoriyasında göstərilib.

Məlumat üçün bildirək ki, Fransada keçiriləcək Kann Kino Festivalında Azərbaycan pavilyonu fəaliyyət göstərəcək.

Qeyd edək ki, Kann Film Festivalı məşhur amerikalı rejissor Vodi Allenin "Midnight in Paris" (Parisdə gecə yarısı) adlı filmi mayın 11-də açılacaq. Mükafat qalibləri isə mayın 22-sində bilinəcək.