Futbolçu Son hərbi geyimdə

7 May 2020 05:16 (UTC+04:00)

"Tottenhem"in futbolçusu Son Hın Minin hərbi xidmətdəki şəkli yayılıb.

SİA xəbər verir ki, şəkli "Mirror" nəşri dərc edib.

Qeyd edək ki, Son Hın Min hazırda ölkəsi Cənubi Koreyada hərbi xidmətdədir.

Xatırladaq ki, 27 yaşlı oyunçu 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 1 ayla əvəzlənib.