Serbiya parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin ləğv edilməsini dəstəkləyib

7 May 2020 07:23 (UTC+04:00)

Serbiya parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin ləğv edilməsini dəstəkləyib.

SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, fövqəladə vəziyyət rejiminin ləğv edilməsini Serbiyanın baş naziri Ana Brnabiç təklif edib.

Bildirilir ki, fövqəladə vəziyyət rejiminin ləğv edilməsinin lehinə 155 deputat səs verib, 2 deputat səs verməyib.

Məlumata əsasən, parlament həmçinin fövqəladə vəziyyət rejiminin daha qısa müddətdə ləğv edilməsinə dair qərar qəbul edib.