Azərbaycan polisi

6 May 2020 21:55 (UTC+04:00)

Vətənin dar günündə səs veribdir səsinə,

Mübariz oğulların qoşulub cərgəsinə.

Andına sadiq qalıb, dilində haqq kəlməsi,

Cümhuriyyət yaşıdı, Azərbaycan polisi.

Asayiş keşiyində, dayanıbdır, mətindir,

Gecə-gündüz oyaqdır, xidməti çox çətindir.

Qorxu yoxdur gözündə, qan-qadalar görüb o.

Könlünü bu Torpağa, bu millətə verib o.

Təhlükədən yaxınsan, bizə hər an polisim!

Səni görüm yüz illər, yaşayasan polisim!

Hafiz Təmirov,

Polis polkovnik-leytenantı.