Tacsız virus…

6 May 2020 13:15 (UTC+04:00)

Doğrudur, oxucularımız bu başlığı oxuyan kimi anlayacaqlar ki, söhbət AXCP sədri Əli Kərimlidən gedir. Əli Kərimli virusdur, bəli, sadəcə tacsız virus. Və 30 ildir o, insanları hava-damcı yolu ilə deyil, internet üzərindən yoluxdurur. İlkin əlaməti qaşınmadır…Elə hər dəfə ölkənin uğurlarınnı sayı artdıqca bu virus Əli Kərimli və onun ətrafınlakıları da qaşınma tutur. Bəli, bu gün də qaşınma tutub, Əli Kərimlini. Səbəb isə, ölkəmizdə dövlət başçımızın təşəbbüsü ilə Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin bir araya gətirərək, COVİD-19 pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməsidir. Əli Kərimlini ən çox qaşındıran isə, Azərbaycan Prezidentinin bu addımını iştirak edən 40-dan çox dövlətin üzvlərinin dəstəkləməsidir. Bu da əlbəttə ki, Azərbaycan Prezidentinin təşəbbüsünə verilən növbəti qlobal dəstək, dövlət başçısının çətin məqamlarda verdiyi çevik və qətiyyətli qərarlarıdır ki, Azərbaycanı dünyada fərqləndirir.

Ancaq sonu görünən qaranlıq yolun yolçusu, müxalifətin qara yarası Əli Kərimli ri də müxalifətin üz qarası və satıla-satıla hər cürə alçaqlığı qəbul edərək yenə də sosial şəbəkələrdən "çıxış yolu-mitinq, mitinq" deməklə bütün fəaliyyəti boyu Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədi güddüyünü sübut edir. O, hətta regionun ən güclü dövləti olan Azərbaycanı zəif Ermənistan qarşısında gücsüz göstərməyə çalışıb. Məqsəd tamamilə bəllidir: Azərbaycan cəmiyyəti və ordusuna inamsızlıq aşılamaq və qüdrətli ordunun gücünü xalqın nəzərində aşağılamaq! Ancaq bir şeyi unutmaq olmaz ki, belə fürsətbazların cəzasını tarix bir gün mütləq verəcək.

Bu o Əli Kərimlidir ki, illər boyu təkrarladığı yalanlarına indi sanki koronavirus çalarları əlavə edib. Və onlar əvvəllər də dəfələrlə müxtəlif formalarda və məqamlarda Azərbaycan xalqına qarşı xəyanət sayıla biləcək əməlləri ilə haqlı olaraq lənətlənmiş "beşinci kolon" adını qazanıblar.

Bəli, Əli Kərimli kimi siyasi virusların hərəkətləri təkcə xəyanət deyil, həm də cinayyətdir. Çünki onların təbliğatı hökumətin qabaqlayıcı tədbirlərinə insanlarda inamsızlıq yaratmağa yönəldiyindən birbaşa əhalinin sağlamlığının təhlükə altına atılması mahiyyəti daşıyır. Ancaq bütün bunlara baxmayaraq, rəzil yol seçən siyasi virus – "beşinci kolon" nümayəndələrinə inanan yoxdur. Çünki erməni lobbisinin maliyyəsi əsasında “fəaliyyət” göstərən bu antimilli ünsürlərin istəyi Azərbaycanda vəziyyətin gərginləşməsi, ölkəmizin xaos və anarxiya

meydanına çevrilməsidir. Ona görə də onlar ölkədə koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayının artmasını, Azərbaycanın dərin sosial-iqtisadi problemlərlə üzləşməsini istəyirlər ki, bu məsələlərdən istifadə edərək Ermənistan mənafeyinə uyğun, dövlətimizin maraqlarına zidd təbliğat kampaniyası apara, vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yarada bilsinlər. Bu isə birmənalı olaraq Vətənə, xalqa və dövlətə xəyanətin bariz nümunəsi – əyani ifadəsidir.

Və ən böyük gerçəyi yalan və hiylə üzərində formalaşan Əli Kərimli bu gerçəkləri qorumaq üçün əl atmadığı variant, üz tutmadığı yol yoxdur. Hətta el arasında deyildiyi kimi “ən axırıncı yoldan” da istifadə etməkdən belə çəkinmir. Lakin bu gedişatla, AXCP sədri anidən özünü "yandıra" bilər...

Müasir Müsavat partiyasınnı sədri Hafiz Hacıyevin sözlərinə qüvvət: "Tacsız virus olan Əli Kərimli kimi koronavirusdan betər mənəviyyatsızlar qırılsa yaxşıdır".

RƏFİQƏ