Minskdə metro partladan şəxslər saxlanılıb
21 Aprel 2011 21:05 (UTC+04:00)
Minskdə metro partlayışında şübhəli bilinən şəxs atası ilə birgə tutulub. SİA-nın Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, Gennadi Konovalova (Dmitri Konovalovanın atası) partlayıcı cihazlar üçün saat mexanizmi hazırlamaqda şübhəli bilinir. Belə ki, o peşəcə saatsazdır.
Jurnalistlər həmçinin qonşulardan öyrəniblər ki, Dmitri və Gennadi Konovalovalarıla bərabər şübhəli bilinən ana naməlum istiqamətə qaçıb. Konovalovaların axtarış dövründə iştirak edən qonşu zirzəmidə ailəyə məxsus eletrodetonator, nitrat, maqnezium sulfat, xlorid turşusu olduğunu görüb.
Lakin rəsmi olaraq terrorda şübhəli bilinərək saxlanılan 4 nəfərin adı açıqlanmayıb. Lakin mediada yayılıb ki, saxlan şəxslər arasında Dmitri Konovalov, Vlad Kovalev və Medvedev soyadlı bir nəfər var. Hüquq-mühafiqə orqanlarının nümayəndələri qeyri-rəsmi şəkildə jurnalistlərə bildiriblər ki, şübhəli şəxslər- əsas şəxs, onun köməkçisi, bir qız və daha br şübhəli şəxs Minskdə saxlanılır.
Qeyd edək ki, Minskdə oktyabr metro stansiyasında partlayış aprelin 11-də baş verib. Hadisə nəticəsində 13 nəfər həlak olub, 200 nəfərdən çoxu yaralanıb. Şübhəli şəxslər aprelin 13-dən məlum olub.