TƏBİB ölkədə koronavirusla bağlı son vəziyyəti açıqlayıb

2 May 2020 22:16 (UTC+04:00)

Bu gün Azərbaycanda koronavirusla bağlı edilən testlərin sayı 5967-dir.

SİA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Ümumilikdə edilən testlərin sayı 152597-dir.

Qeyd edək ki, bu gün koronavirusa 40 yeni yoluxma aşkarlanıb. Ümumilikdə ölkədə koronavirusa yoluxma sayı 1894, ölüm sayı 25-dir. Virusa yoluxan 1411 nəfər sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 458-dir, onlardan 24-ü reanimasiyada, 8-i süni tənəffüs aparatına qoşulan xəstələrdir.