Aprelin 22-də saat 11:00-da Beynəlxalq "Dünya günü"nün tədbirlər silsiləsinə aid olaraq yaşıllaşdırma aksiyası keçiriləcəkdir. Yaşıllaşdırma aksiyası Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İrəli" İctimai Birliyi ilə birgə Yeni Suraxanı qəsəbəsinin H.Əliyev avtomagistralında (Aeroport yolunun sağ hissəsi) aparılacaqdır.
SİA-nın xəbərinə görə, bu aksiyada Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları və "İrəli" İctimai Birliyi üzvlərinin iştirakı ilə 300-ə yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Tədbirin keçirilməsində məqsəd beynəlxalq "Dünya günü"nü ölkəmizdə geniş şəkildə qeyd edilməsi, ölkəmizin ekoloji cəhətdən daha təmiz, eyni zamanda gözəl təbii görünüşə malik olması, həmçinin gənclərin asudə vaxtını ölkə və cəmiyyət üçün faydalı olan işlərə cəlb etməkdən ibarətdir.