Ermənistanda koronavirusa yoluxanların sayı 1 066 nəfərə çatıb

30 Aprel 2020 11:05 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 1 066 nəfərə çatıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 134 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin 2 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 32 nəfər koronavirusun qurbanı olub, 1103 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.