Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi artıb

29 Aprel 2020 17:39 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notları 29 aprel 2020-ci il tarixinə 872,26 mln. manat təşkil edib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, dövriyyədə olan notların həcmi son bir həftə ərzində 62,3 mln. manat və ya 7,7%, son iki həftə ərzində isə 262,3 mln. manat və ya 43% artıb.