"Biz yeni yoluxma qeydə alınmadıqda virusun yox olmasından danışa bilərik" HƏKİM RƏYİ-ÖZƏL

29 Aprel 2020 17:21 (UTC+04:00)

“Gün ərzində təxminən 30-40 nəfər sağalaraq evə buraxılmasına baxmayaraq, hələ də ölkədə hər gün yoluxma halı qeydə alınır. Biz yalnız yeni yoluxma qeydə alınmadıqda, xəstəxanalarda müalicə edilən insanların sayı azaldıqda virusun ölkəmizdə yox ola bilməsi haqqında danışa bilərik”. Bunu SİA-ya açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, mayın 4-də karantin rejimindən çıxılsa belə, insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar:

Onun sözlərinə görə, bu tövsiyələrin bir qismi, məsələn, əllərin yuyulması, şəxsi gigiyena qaydalarına əməl edilmə, kütləvi yerlərdən uzaq olmaq bizim gündəlik həyatımızla bağlıdır. İnsanların çox olduğu yerlərdə yalnız koronavirusa deyil, hər cür infeksiyaya yoluxmanın olması mümkündür: “ Bu qaydalara təkcə koronavirusa deyil, eləcə də digər infeksiyalara da yoluxmamaq üçün əməl etməliyik”.