Xırdalan şəhərində körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

28 Aprel 2020 22:31 (UTC+04:00)

Abşeron rayonu, Xırdalan şəhərində körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Quşçuluq massivində baş verib.

2018-ci il təvəllüdlü Quluzadə Yazgül Qafur qızı valideyn nəzarətindən kənar evdə dolabı üzərinə aşırıb. O, ağır xəsarət alıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.