Saxta “erməni genosidi” və erməni vəhşiliyi

1 Aprel 2020 12:09 (UTC+04:00)

1965-ci ildən etibarən ermənilər hər il aprelin 24-nü “soyqırım günü” kimi qeyd edirlər. Onlar iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırmışlar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə Osmanlı dövlətinə xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, belə bir əmrin veriləcəyindən ermənilər əvvəlcə xəbər tutmuşdular. Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, erməniləri “türk fanatizminin özbaşınalığından xilas etsin”.

Həmin teleqram aprelin 24-də, yəni əmr verilən günü artıq ABŞ prezidentinə çatdırılmışdı.Əslində, ermənilər aprelin 24-nü ona görə “soyqırım günü” kimi qeyd edirlər ki, köç haqqında qərardan sonra onların dövlət yaratmaq istədikləri 6 vilayətdə onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma endirilmişdi. Yəni onların Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxmışdı.. Fakt isə odur ki, istər Şərqi Anadolunun ruslar tərəfindən işğalı dövründə, istərsə də 1917-ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsi zamanı onların silah-sursatını ələ keçirən ermənilər türklərə qarşı sözün həqiqi mənasında soyqırım törətmışdilər.

Sovet Rusiyası hökuməti 1917-ci il dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Əgər Türkiyədə ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş olsaydı Rusiya hökumətinin belə bir dekret verməsi gülünc olardı. Bu dekret Türkiyə ərazisində dövlət yaratmaq üçün ermənilərin iştahasını daha da artırmışdı. Ermənilər 1918-1920-ci illərdə fasilələrlə Ərzurumdan tutmuş, İrəvan quberniyası da daxil olmaqla böyük bir ərazidə türklərə qarşı soyqırım həyata keçirmişdilər. Məcburiyyət qarşısında qalan türk ordusu əks hücuma keçərək həmin əraziləri erməni silahlı qüvvələrindən təmizləmişdi.

Bəs görəsən, erməni tədqiqatçıları həmin dövrdə Türkiyədə nə qədər erməninin yaşadığını və nə qədərinin salamat qaldığını təsbit etmişlərmi?1914-cü ildə Tiflisdə dərc olunan "İmperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz bölməsinin xəbərləri" seriyasının XXII cildinin 2-ci buraxılışı toplusunda A. Arakelyanın 22 may 1913-cü ildə adıçəkilən cəmiyyətin ümumi yığıncağında etdiyi "Kiçik Asiyanın erməni əhalisinin statistikası" başlıqlı məruzəsinin mətni çap olunmuşdur. Maraqlıdır ki, erməni müəlliflərinin uydurma soyqırımı ilə bağlı yazdıqları əsərlərin heç birində A.Arakelyanın yuxarıda adı çəkilən məqaləsinə istinad edilməmişdir. Səbəbi aydındır. Çünki A.Arakelyan 1913-cü ildə həmin məqaləni yazanda hələ Birinci Dünya müharibəsi başlamamışdı və xristian missionerlərinin nə zamansa ermənilərin Türkiyədə “kütləvi qırğınlara” məruz qoyulmalarını iddia edəcəklərini ağlına belə gətirə bilməzdi.A.Arakelyan yazır ki, 1912-ci ildə Balkanlarda müharibənin başlanmasından sonra“erməni məsələsi”yenidən gündəliyə gətirilmişdir. Həmin vaxt Türkiyə tərəfi bir daha erməni əhalisinin sayının ermənilər yaşayan ərazilərdə islahatlar aparılması üçün yetərli olmadığını irəli sürmüşdür. Bundan sonra Türkiyədəki erməni patriarxı ermənilərin sayı barədə daha dəqiq statistika təqdim etmişdir (xatırladırıq ki, ermənilər bir qayda olaraq həm də kilsələrdə siyahıya alınırdılar). Həmin statistikaya görə, yuxarıda adları sadalanan 6 vilayətdə ermənilərin ümumi sayı 1.018.000 nəfər olmuşdur. O cümlədən, Ərzurum vilayətində 215 min, Vanda 185 min, Bitlisdə 180 min, Xarputda 168 min, Diyarbəkirdə 105 min, Sivasda 165 min erməni yaşamışdır. Məqalə müəllifi qeyd edir ki, həmin vilayətlərdə yaşayan ermənilərin sayının üzərinə Kilikiyada (yəni Adana və Hələb vilayətlərində), habelə, İstanbulda və Osmanlı imperiyasının digər yerlərində yaşayan ermənilərin sayı gəlinərsə, onda imperiya ərazisində ermənilərin sayı çox böyük ehtimalla 1,5 milyon nəfərə çata bilər. Əslində, bu rəqəmlərin özü də erməni patriarxı tərəfindən xeyli dərəcədə şişirdilmişdi. Bütün rəsmi məlumatlar təsdiq edir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı Türkiyəsində təqribən 1,3 milyon erməni yaşamışdır.Erməni əhalisinin itkilərinin miqyasını müharibəyədək Türkiyə ərazisində yaşayan 1,3 milyon erməninin sayından xarici ölkələrə mühacirət edən ermənilərin sayını çıxmaqla müəyyən etmək olar. Statistik məlumatlara görə, müharibə ərəfəsində və ondan sonra xarici ölkələrə mühacirət edən ermənilərin sayı aşağıdakı kimidir: Rusiyaya (o cümlədən Cənubi Qafqaza) 420 min, Fransaya 35 min, Kanadaya 1244, ABŞ-a 34136, Yunanıstana 42200, Bolqarıstana 15 min, Kiprə 2500, digər Avropa ölkələrinə təqribən 50 min erməni köçmüşdür. ABŞ-da yaşayan erməni tarixçisi Riçard Hovannisyan yazır ki, müharibədən sonra Suriyada 100 min, Livanda 50 min, İordaniyada 10 min, Misirdə 40 min, İraqda 25 min, İranda 50 min erməni mühaciri qeydə alınmışdır. Bütün bu rəqəmləri üst-üstə gəldikdə 875 min nəfər edir. Bu rəqəmin üzərinə Türkiyədə qalıb yaşayan 123 min erməninin sayını əlavə etsək, cəmisi 998 min nəfər edir. Qeyri rəsmi məlumatlara görə, təqribən 100 min erməni özlərini kürd, suryani və yaxud türkman kimi qələmə verərək nəticədə köçürülmə prosesindən yayınmışlar. Deməli, 1,3 milyon ermənidən təqribən 1,1 milyonu sağ qalmışdır.

Ermınilər türk-müsəlman xalqlarına.o cümlədən azərbaycanlılara qarşı vəhşiliklərinə uydurma “gehosidləri”lə haqq qazandırır, onun qisasını aldiqlarını bildirirlər .

Beyləqan rayonu Örənqala kənd sakini, Şuşa həbsxanasında əsir saxlanılmış Camalov Fədai İsmayil oğlunin dedikləri:

- 1993-cü il sentyabrın 23-dən 1996-cı il oktyabrın 5-dək Xankəndi uşaq xəstəxanasında, sonra isə Şuşa həbsxanasında saxlanılmışam. Şuşa həbsxanasında olanda baş leytenant rütbəsində olan Qor adlı erməni zabiti Ağdam rayon sakini təxminən 50 yaşında olan İldırım adlı şəxsi və Beyləqan rayonu İkinci Aşıqlı kənd sakini Qurbanov İlqarı dəyənək ilə döyərək qətlə yetirdi.

Şuşa həbsxanasında nəzarətçi işləyən Slavik adlı erməni əsir və girovlara, o cümlədən F.Camalova müxtəlif işgəncələr verirdi. Füzuli rayon sakinləri İlham və Mirzəli kişini döyərək öldürdülər.

Beyləqan rayonu Dünyamalılar kənd sakini Sarıyev Əli Zöhrab oğlunun dedikləri:

1993-cü il oktyabrın 31-dən 1995-ci il iyunun 8-dək Xankəndidə və Şuşa həbsxanasında girovluqda qalmışam. Bu müddət ərzində erməni quldurlarının törətdikləri vəhşilikləri və cinayət əməllərinin bir çoxunun şahidi olmuşam. 1994-cü ildə Şuşa həbsxanasında saxlanılarkən, əvvələr yanğından mühafizə xidmətində, həmin dövrdə isə Xankəndi şəhərinin hərbi komendantı vəzifəsində işləyən polkovnik rütbəli, Samvel Babayanın əlaltısı olan Aşot adlı erməninin əmri ilə Bakı şəhərindən olan Rauf adlı şəxsə alçaldıcı işgəncə verildi. Belə ki, Raufun bir gün sonra dəyişdiriləcəyindən xəbər tutan Aşot digər əsir və girovların gözü qarşısında əlindəki dəyənəyi onun arxasına soxmağı əmr etdi. Onun tabeçiliyindəki erməni əsgəri bunu icra etdilər.

Səhəri gün huşsuz vəziyyətdə olan Rauf dəyişdirilərək Bakı şəhərinə göndərilir. Ermənilərin bu vəhşiliyi Raufun bağırsaqlarından on santimetr kəsilərək götürülməsinə səbəb olur.

1993-cü ildə ermənilər Füzuli rayonu Gorazilli kənd sakini Nuxiyeva Fəridə Vaqif qızının kənddəki toy məclisinə hücum edərək onu, atası Nuxiyev Vaqif Qutais oğlunu, anası Tamaşa qızı, uşaqları Mətanət, Arzu və 19 nəfər digər kənd sakinlərini girov götürür. Ermənilər onları Hadrutda, Xankəndində, sonra isə Şuşa türməsində saxlayaraq müxtəlif işgəncələr verir. Nəticədə işgəncələrə dözməyən Vaqif Nuxiyev vəfat edir.

Bu cinayət fakt ilə bağlı məlumata malik olan Füzuli rayonun Gorazilli kənd icra nümayəndəsi Şirinov Mətləb Nadir oğlundan alınmış izahatda göstərilir ki, 1993-cü ilin iyul ayının 2-də erməni quldurları Gorazilli kəndindən 20 nəfər azərbaycanlı girov götürüblər. Erməni quldurları girov götürdükləri kənd sakinlərinin Hadrut istiqamətinə apararkən onlardan birinə Məmmədov Bəyəndik Qəhrəman oğluna işgəncə verərək öldürüblər. Girovluq dövründə Nuxiyev Vaqif Qutais oğlu ermənilərin əsirlərlə pis rəftar etməsinə, qadınların namusuna toxunmalarına, girovlara işgəncələr vermələrinə, xüsusən cavan-yeniyetmə oğlanların sifətlərinə siqareti yandırıb basmalarına və s. digər əməllərinə dözməyərək özünə bir neçə dəfə qəsd etmək istəyib, lakin ermənilər buna imkan verməyiblər. Nəhayət bir gün əsir və girovların sırasından çıxaraq erməni əsgərlərinin üstünə yeriyərək onlardan birini vurur və bundan sonra erməni faşistləri ona müxtəlif işgəncələr verməyə başlayır. Əllərini, qollarını sındırır və öldürürlər.

Zori Balayan kimilər nəinki uydurma tarixlərini bədiiləşdirirlər, eyni zamanda heç çəkinmədən başımıza gətirdikləri faciələrimizdən həzz aldıqlarını yazırlar. Zori Balayanın "Ruhumuzun canlanması" kitabındakı bəzi məqamlara diqqət yetirmək kifayətdir ki, ermənilərin dünən də, bu gün də türkün başına gətirdikləri oyunlar aydınca görünsün. Xocalı faciəsindən sonra Zori Balayan keçirdiyi sevinc hislərini qələmə alaraq yazır: "...sadəcə xalqının qəlbi sökülən və acının atəşinə atılan erməni bu sətirlərdən qürur və məmnuniyyət duya bilir. Mən də vətəndaş namusunun və kişinin müqəddəs vəzifəsinin əmrilə bu üfunət iyi verən Monqol uşaqları ilə hesablaşırdım. Biz Xaçaturla onların saxlanıldığı yerə gedərkən, əsgərlərimiz uşaqlardan birini artıq pəncərəyə mıxlamışdı. Səs-küy salmaması üçün Xaçatur öldürülmüş anasının döşünü onun ağzına saldı. Daha sonra bu 13 yaşlı türkə qarşı onların atalarının bizim uşaqlarla davrandığı kimi davrandım. Başından, qarnından və döşündən dərisini soydum. Yeddi dəqiqədən sonra qan itkisindən öldü. İlk peşəm həkimlik olduğu üçün humanistəm və buna görə də həmin uşağa verdiyim əzablara görə mutluluq duymadım. Ancaq ən azından, xalqımın qisasının bir faizini aldığım üçün ruhum alovlanırdı. Xaçatur onun vücudunu parçalara ayırdı və bu türkün kökü olan köpəklərə atdı. Ağşamüstü eyni oyunları daha üç türkün başına gətirdik. Mən bir erməni vətənpərvər və vətəndaşın üzərinə düşən məsuliyyəti yerinə yetirdim. Xaçatur da çox tərlədi. Mən onun və digərlərinin gözlərində intiqamın və güclü humanizmin mübarizəsini gördüm. Daha sonra uşaqlıq dostum mayor belə dedi: "Biz heyvan deyilik. Ancaq soyıqqanlı olmalıyıq. Türk cəlladlarının əlilə öldürülən qurbanların ruhları sakitləşdirilməlidir". Ertəsi gün biz kilsəyə gedərək, 1915-ci ildə ölənlərin ruhları üçün dua etdik"...

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb