Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanını qəbul edib
20 Aprel 2011 21:28 (UTC+04:00)
Aparatında baş tutan görüş zamanı qonaqlara Azərbaycan sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsində nəzarətdən kənarda qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilib. Həmçinin, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, gələcək hərbi əməkdaşlığın bəziyyəti və perspektivləri müzakirə olunub.