ABŞ-da yaşayan Kardiologiya mütəxəssisi Mehmet Çilingiroğlu koronavirusun yayılmasının başa çatacağı tarixi açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mütəxəssis söyləyib ki, normal həyata dönmək üçün peyvənd mütləqdir.
Onun sözlərinə görə, peyvənd üzərində çalışan həkimlər cari ilin sentyabr ayı, əhali isə 2021-ci ilin yazında normal həyata geri dönə biləcəklər: “ O vaxta qədər hamı tibbi maskadan istifadə etməli, sosial məsafəni qorumalıdır”.
Koronavirusun dünyanın bəzi nöqtələrində hələ görülmədiyini deyən mütəxəssis qeyd edib ki, əgər 3 milyon insandan 250 mini dünyasını dəyişirsə, 3 milyard insandan təxminən 2.5 milyonu dünyasını dəyişə bilər. Belə olan halda 8 milyard əhalinin 5 milyonu risk altındadır. Afrika və digər ölkələrdə koronavirusla bağlı mərhələ pik həddinə çatmayıb. Bu baxımdan Hər kəs bir-birinə yardım etməlidir. Virus dünyanı tamamilə cənginə alıb”.