"İçərişəhər" Muzey Mərkəzinin direktor müşaviri, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva aprelin 28-də "Unudulmuş yeməklər" adlı onlayn mühazirə söyləyəcək. SİA-nın məlumatına görə, mühazirəni saat 12:00-da "İçərişəhər" Muzey Mərkəzinin @icherisheher_museum_center "Instagram" səhifəsindən izləmək olar.
Qeyd edək ki, dünyaca məşhur fransız yazıçısı Aleksandr Düma 1858-ci ildə Azərbaycanda olarkən buranın zəngin və rəngarəng milli mətbəxinə heyran qalıb. Yeməklərimizdən hədsiz dərəcədə təsirlənən yazıçı vətəninə qayıtdıqdan sonra ənənəvi Azərbaycan mətbəxinin reseptlərinin yer aldığı kitab nəşr etdirib.