Kitabxananın Fəxri oxucusu “Könüllülər ili”nə həsr olunmuş MƏQALƏ

27 Aprel 2020 16:16 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı silsilə tədbirlər həyata keçirir.

Bu günlərdə M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Nurəddin İbrahimov kitabxanaya “Könüllülər nəcib və xeyirxah əməllər sahibidir” sərlövhəli məqaləsini müzakirə üçün təqdim edib. SİA-nın məlumatına görə, məqalədə könüllülük hərəkatının tarixindən söhbət açılır.

Daha sonra müəllif vurğulayır ki, dünyada koronavirus pandemiyası tuğyan edən bu çətin günlərdə ölkəmizdə könüllülər hərəkatı daha da geniş vüsət alır və cəmiyyətimiz artıq könüllülərin hər bir təşəbbüsünü yüksək dəyərləndirir. O, qeyd edir ki, ölkə başçısının, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan könüllülər hərəkatı son aylarda ciddi sınaqla üzləşmiş oldu.

Məqalədə N.İbrahimov könüllülük nə deməkdir? könüllü təcrübəsi gənclər və tələbələrə nə verir? suallarına cavab axtarır.

Məqələnin sonunda müəllif qeyd edir ki, “yaranmış vəziyyətlə bağlı ölkəmizdə tətbiq olunan sosial izolyasiya qaydalarına riayət edərək, özümüzü və ətrafdakıları ümumbəşəri bəladan qorumaq bu gün ən başlıca vəzifəmizdir”.

Məqalə ilə http://yasamal.cls.az/front/files/libraries/81/documents/464645641.pdf tanış olmaq olar.