"Birdəfəlik ödəmə ilə bağlı ikinci ayın ödənişləri bank hesabına ödəniləcək" AÇIQLAMA-ÖZƏL

27 Aprel 2020 14:40 (UTC+04:00)

"Pandemiya dövründə işini, qazancını itirən aztəminatlı işsiz şəxslərə birdəfəlik ödəmə proqramının icrası mexanizmi üzərində iş gedir. Bildiyiniz kimi cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, birdəfəlik ödəmə alacaq vətəndaşlar sayı 3 dəfə artırıldı. Proqramın icrasının ilk günlərdində 200 min insanın bu proqramdan yararlanması nəzərdə tutulsa da, sonradan bu rəqəm 600 minlə əvəz edildi. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 400 min şəxslə birdəfəlik ödəmə artıq ödənilib". Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov məlumat verib.

O bildirib ki, artıq 400 min şəxs birdəfəlik ödəmə ilə bağlı sms alıb və onlar öz vəsaitlərini Azərpoçt və bank filaallarından əldə edirlər: " hazırda daha 200 min şəxsin birdəfəlik ödəmə alması istiqamətində işlər davam edir. Bu gündən etibarən müraciətlərin qəbulu dayandırılsa da, gələn müraciətlərin təhlili, emalı davam edir".

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 22 elektron informasiya sistemi üzərindən gələn müraciətlərin araşdırılması həyata keçirilir. Haqqı çatan və həqiqətən də bu dövrdə yəni aprelin 1-dək işini, gəlirlərini itirən minimum vəsaitə ehtiyacı olan şəxslərin də müəyyənləşdirilməsi istiqamətində də işlər davam edir".

Birdəfəlik ödəmə proqramının icrasında ünvanlılıq prisnipinin əsas götürüldüyünü deyən F. Talıblı söyləyib ki, haqqı çatan bu vəsaitə ehtiyacı olanlar müəyyən edilir və yaxın günlərdə birinci ayın ödənişləri tam başa çatdırılacaq: "Bundan sonra isə ikinci ayın ödənişləri həyata keçiriləcək. Burada da vətəndaşların hər hansı bir ünvana getməsinə ehtiyac yoxdur. Biz bütün bankarla əməkdaşlıq edirik. Belə ki, ikinci ayın ödənişləri banklar tərəfindən vətəndaşlara müraciət olduqdan sonra birdəfılik ödəmə alıcıları həmin bank filiallarına gedərək öz bank kartlarını alacaqlar. İkinci ayın ödənişləri artıq onların bank hesablarına, kartlara ödəniləcək".