Koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər.
Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, Komitənin mərkəzi aparatı bu məqsədlə növbəti dəfə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini verib. Könüllü gömrükçülərin iştirakı ilə 120-dən çox ailəyə baş çəkilib, onlara gündəlik zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.