Şimali Koreya lideri sağdır - Cənubi Koreya rəsmisi

27 Aprel 2020 14:02 (UTC+04:00)

Cənubi Koreyanın bir yüksək vəzifəli məmuru, öldüyü barədə şayiə olan Şimali Koreya lideri Kim Çen Inın "sağ və sağlam olduğunu" iddia edib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Cənubi Koreya prezidentinin Moon Jae-nin xarici siyasət üzrə böyük məsləhətçisi Moon Chung-in CNN-ə verdiyi açıqlamada "Hökumətimizin mövqeyi sabitdir. Kim Çen In sağ və sağlamdır. 13 apreldən bəri Wonsan bölgəsində qalır. İndiyə qədər şübhəli hərəkətlər aşkar edilməyib" deyə bildirib.

Xatırladaq ki, son bir neçə həftə ərzində Şimali Koreya lideri Kim haqqında, səhhətinin yerində olmadığı və ya öldüyü barədə şayiələr var. İddia olunurdu ki, bir qrup çinli həkim Kimin vəziyyəti barədə məlumat vermək üçün bu ölkəyə gedib və Şimali Koreya liderinin aprelin 12-də ürək-damar əməliyyatı keçirib və sağalması barədə məlumatlar yayılıb.