Üç küsülü məşhurlar Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova və müğənni Günay İbrahimli eyni layihədə yer alıblar. SİA-nın məlumatına görə, onlar Xalq artisti Aygün Səmədzadənin koronavirusla bağlı layihəsində bir araya gəliblər.
Müğənnilər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aparılan çəkilişdə səhnəyə çıxıblar və mahnı səsləndiriblər.
Layihədə Aygün, Brilliant və Günaydan başqa digər ifaçılar da yer alıblar.
Qeyd edək ki, Aygünlə Brilliant illərdir danışmırlar. Günayla Dadaşova arasında küsülülük isə yeni il çəkilişlərindən birində baş vermişdi. Brilliant ifaçının fotosunu İnstaqram səhifəsində paylaşaraq, onun üzünü bağlamışdı.