Samux rayonunda oğurluq edən şəxs şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Tatlı kənd sakini A.Hüseynov saxlanılıb.