Masallıda yanğın

27 Aprel 2020 12:37 (UTC+04:00)

Masallı rayonunda ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 8 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.